İsrail döyüş təyyarələri Livanın cənubuna hava hücumları həyata keçirib

Bölmə: Dünya › ,
Tarix: 21:01 20.04.2025

İsrail ordusu Livanın cənubundakı Nəbatiyyə şəhəri və ətraf kəndlərə bir sıra hava hücumları həyata keçirib. Hücumlar nəticəsində Sayda və Nəbatiyyə bölgələrində iki nəfər ölüb, iki nəfər isə yaralanıb.

 

Cizzin bölgəsində də bir neçə nöqtə bombalanıb. Maddi ziyan və əlavə itkilər barədə məlumat verilməyib. Digər tərəfdən, Nəbatiyyənin Breyka kəndində, İsrail hücumlarından qalan partlamamış sursatların daşındığı hərbi maşında partlayış baş verib. Nəticədə 3 əsgər həlak olub, bir neçə nəfər yaralanıb. Hadisə zamanı yaxınlıqdan keçən mülki avtomobil də yanıb. Livan Prezidenti Cozef Avn hadisə ilə bağlı açıqlama verərək, ölən əsgərlərin vətəni və xalqı qorumaq üçün can verdiyini bildirib. Bütün bu hadisələr, İsraillə Livan arasında 27 noyabr 2024-cü ildə imzalanmış atəşkəs razılaşmasının tez-tez pozulması fonunda baş verir.

 

Anadolu Agentliyi
Billurə Quliyeva