"Rusiya atəşkəs şərtlərinə tam şəkildə əməl etməlidir"

Bölmə: Dünya › ,
Tarix: 20:16 20.04.2025

Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, Rusiya ordusunun ümumi bir atəşkəs görüntüsü yaratmağa çalışdığını, lakin bəzi bölgələrdə irəliləməyə və Ukraynaya itkilər verməyə yönələn təcrid olunan cəhdlərin davam etdiyini deyə bilərik. Rusiya, atəşkəsin şərtlərinə tam şəkildə əməl etməlidir.

 

 

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya Prezidenti Vladimir Putinin “Pasxa bayramı” münasibətilə elan etdiyi müvəqqəti atəşkəslə bağlı açıqlama verib.

Zelenski deyib:
“Ümumilikdə, Pasxa səhəri etibarilə Rusiya ordusunun ümumi atəşkəs təəssüratı yaratmağa çalışdığını, lakin bəzi bölgələrdə irəliləməyə və Ukraynaya itkilər verməyə yönələn təcrid olunan cəhdlərin davam etdiyini deyə bilərik. Rusiya atəşkəsin şərtlərinə tam şəkildə əməl etməlidir. Ukraynanın bu gecə yarısından sonra 30 gün müddətinə atəşkəsin tətbiqinə və uzadılmasına dair təklifi hələ də masadadır. Biz sahədəki real vəziyyətə uyğun olaraq hərəkət edəcəyik".

 

Ukrayna lideri dünənki hücumlarla bağlı bunları deyib:

 

“Dünən axşam saat 6-dan bu gecə yarısına qədər Rusiya qüvvələri 387 artilleriya atəşi və 19 hücum həyata keçirib. Ruslar isə 290 dəfə pilotsuz uçuş aparatından (PUA) istifadə edib".

 



Mənbə: Haber Global
Nuray Əliyeva