Papa ağır xəstəlikdən sonra Pasxa münasibətilə dindarlara xoş arzularını çatdırdı

Bölmə: Dünya › ,
Tarix: 21:04 20.04.2025

Papa Fransisk Vatikanın Müqəddəs Pyotr Meydanında minlərlə insanın qarşısına çıxaraq "Əziz qardaş və bacılar, Xoş Pasxalar!" deyə onların Pasxa bayramını təbrik etdi.

 

O, 88 yaşında və zəif görünsə də, kilsənin eyvanından əl edərək bayramda iştirak etdi. Ənənəvi Pasxa müraciətini isə onun əvəzinə bir din xadimi oxudu. Papa xeyir-dua verdikdən sonra meydanda avtomobillə gəzdirildi və bir neçə dəfə uşaqları xeyir-dua vermək üçün dayandı. Mart ayında pnevmoniya səbəbilə xəstəxanada beş həftə müalicə alıb və həkimlər ona iki ay dincəlməyi məsləhət görüb. Həkimlər onun həyatının təhlükədə olduğu iki ciddi epizod keçirdiyini, lakin ayıq və huşunun yerində olduğunu bildiriblər. Papa çıxışında din azadlığı, fikir və ifadə azadlığı olmadan sülhün mümkün olmadığını qeyd etdi. O, Qəzza, İsrail və Fələstin xalqının çəkdiyi əzablardan danışaraq atəşkəsə çağırdı və humanitar yardıma ehtiyac olduğunu bildirdi. Ukrayna müharibəsində isə ədalətli və davamlı sülhə nail olmaq üçün cəhdlərin artırılmasını istədi. ABŞ-nin vitse-prezidenti JD Vance də Roma səfəri çərçivəsində Papa ilə qısa görüş keçirib. Vatikanla ABŞ arasında münasibətlərin möhkəm olduğu və əsasən münaqişələr, miqrantlar və dini azadlıqlar mövzusunda fikir mübadiləsi aparıldığı qeyd olunub.

 

BBC News
Billurə Quliyeva