“ABŞ Rusiya-Ukrayna müharibəsini bitirməyə çalışır”-ŞƏRH

Tarix: 19:42 26.02.2025
Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ lideri Donald Trampı Ukrayna üçün sülh və təhlükəsizliyin təminatlarını razılaşdırmaq üçün mümkün qədər tez görüşməyə çağırıb.
Zelenski bu haqda Trampın iştirak etdiyi Yeddilik Qrupunun (G7) sammitində çıxışı zamanı danışıb.
Mövzu ilə bağlı politoloq Turan Rzayev “informator.az”a açıqlamasında bildirib ki, Ukrayna Prezidenti Zelenski ABŞ Prezidenti Trampla görüşmə istəməsi təbiidir:
“Hazırda Rusiya-Ukrayna müharibəsinin yekunlaşmasına dair Kreml və Vaşinqton arasında danışıqlar gedir. Ər-Riyadda keçirilən görüş də bu məsələ üzərinə fokuslandı. Amerika müharibəni bitirmək və ya bir atəşkəs razılaşması əldə etməyə çalışır. Bu mövcud status-kvo çərçivəsində olacaq. Rusiyanın işğal etdiyi ərazilərin bir qismi Rusiya nəzarətində qalaraq atəşkəs əldə edilə bilər.
Trampın bu günə qədər ki, Ukrayna ilə bağlı səsləndirdiyi Kiyevin maraqlarına uyğun olmayan fikirləri Zelenskini və ölkəsini narahat edir. Bu baxımdan da Zelenski Trampın planın nə olduğunu bilmək istəyir. Buna görə də belə bir görüşünün olmasından qərarlıdır.
Tramp Zelenskini qəbul edəcəkmi? Bu, hələlik bəlli deyil. Trampın Zelenskidən gözlədiyi onun təkliflərini qeyri-şərtsiz qəbul etməkdir. Bu alınmayacağı təqdirdə Ukraynaya edilən yardımların dayanılacağı, hətta gələcək prespektivdə sanksiyaların tətbiq ediləcəyinə dair hədələyici bəyanatlar da onu göstərir ki, Tramp o qədər də, müzakirəyə açıq deyil. Tərəflər arasında danışıqlarda ortaq məxrəcə gəlinməzsə , ABŞ seçkilərdə Zelenskini dəstəkləməyəcək. Yeni bir şəxslə yola davam edib, qeyd olunan atəşkəs sazişini imzalaya bilər”.
Kəmalə Vəliyeva