ABŞ və Çin münasibətləri bu gün necədir?

Tarix: 21:33 26.02.2025
Çin və ABŞ arasındakı rəqabət qlobal siyasətin ən əsas faktorlarından biridir. Mövzu ilə bağlı politoloq Kazım Kazımov "informator.az"a açıqlamasında bildirib ki, Çin və ABŞ münasibətləri bu gün kifayət qədər gərgindir:
"Bu gərginliyin əsas səbəbi, birincisi Pekin və Vaşinqton arasında münasibətlər ticarət məsələsinə görə gərgindir, ikincisi Tayvan uğurunda mübarizə də iki tərəfli münasibətləri gərginləşdirir. Çinin yüksəlişi Amerikanı ciddi şəkildə narahat edir, yəni Asiyada Çinin yüksəlməsi Amerika üçün yeni təhlükələr doğura bilər və xüsusən biz nəzərə alsaq ki, İsrail-Fələstin toqquşmasında Çinin aktiv olmağı, İran və Səudiyyi Ərbistanın münasibətlərinin normallaşmasında Çinin rolu olması və o cümlədən Rusiyaya qarşı sanksiyalara qoşulmaması tam əksinə Rusiya-Ukrayna məsələsində, Çin atəşkəs planı hazırlayıb və hətta bu gün Rusiya iqtisadiyyatına Çinin ciddi dəstəyi var. Çin Rusiya bazarında Qərb dövlətlərin boşaltdığı yerlərin bir çoxuna daxil olub. Bütün bunları nəzərə aldıqda görərik ki, Amerikanın narahat olması üçün əsasları var.
Çinin yüksəlişinə narahat olan Amerika var, lakin Çin də özünə haqqlı tərəflər qazandırır. Bu hadisə 90-80-ci illərdən hesablanan bir hadisədir. Sovet vaxtlarında Çin və ABŞ münasibətləri uğurla qurulub. Lakin bu gün artıq Çin özü güclü olduğu üçün bu münasibətlər əvvəlki vəziyyətdə ola bilməz".
O həmçinin bildirib ki, beynalxalq münasibətlərə qaldıqda, soyuq müharibə dönəmindəki kimi dünya qütblərə bölünməyəcək:
"Lakin ideolojik olmasa da, daha çox ticari cəhətdən və iqtisadi bir qarşılıqlı həmlələr dönəminə girəcəyik və hətta girmişik deyə bilərik. Xüsusi ilə İpək yolu üzərində Çinin ayrı Amerikanın ayrı planları var. O cümlədən, Afrika bu gün daha aktiv şəkildə qarşılıqlı yatrımlarla, investisiyalarla, Afrikada Çin və Amerika öz nüfuz dairəsini genişləndirməyə çalışır. Gələcək dövrlərdə belə dairələr daha da genişlənəcək".
Ayşən Səlimova