Azərbaycan vətəndaşından metadon və tiryək aşkar edilərək götürülüb

Bölmə: Hadisə › ,
Tarix: 15:35 04.11.2015

Astara Gömrük İdarəsinin sərnişin şöbəsində İran İslam Respublikasından Azərbaycan Respublikasına piyada gələn Azərbaycan vətəndaşı Dəyanət Dəmirov gömrük nəzarətindən keçərkən onun çamadanındakı şampun qabında, məhlul formasında, ümumi təmiz çəkisi 0,7 qram təşkil edən narkotik maddə - metadon aşkar olunub.

Biləsuvar Gömrük İdarəsinin “Qoşa Təpə” gömrük postunda isə İran İslam Respublikasından Azərbaycan Respublikasına gələn İran vətəndaşı Abdolı Mahmood Bahar Alının idarə etdiyi “Scania” markalı sərnişin avtobusuna xidməti  itinin tətbiqi ilə baxış zamanı avtobusun qabaq sol hissəsində, iki ədəd işlək akkumulyatorunun arxa hissəsindəki boşluqda 1 ədəd bükümdə, xalis çəkisi 198,07 qram olan narkotik vasitə - tiryək aşkar edilərək götürülüb.

Hər iki faktla bağlı təhqiqat aparılır.