Meyvə-tərəvəz köşkü yanıb
Bölmə: Hadisə › ,Tarix: 09:41 05.11.2015
Bakı şəhəri, Pirallahı rayonunda vətəndaşa məxsus ümumi sahəsi 10 kv.m olan meyvə-tərəvəz satışı köşkünün dam örtüyünün yanar konstruksiyaları yanıb.
İnformator FHN-nin rəsmi saytına istinadən xəbər verir ki, yüksək temperaturdan lambirdən ibarət divar üzlüyü 4 kv.m sahədə əriyib.
Yanğın saat 23:35-də yanğınsöndürənlər tərəfindən söndürülüb.