Bulud texnologiyaları: prinsipləri və məlumat təhlükəsizliyi

Tarix: 22:18 05.03.2025
Bulud texnologiyaları kompüter resurslarının internet vasitəsilə uzaqdan istifadəsini təmin edən texnologiyadır.
Bəs bulud texnologiyalarının əsas prinsipləri nələrdir?
Bu haqda bulud texnologiyaları üzrə ekspert İlqar Cəfərov “İnformator.az”a açıqlama verib:
“Bulud texnologiyasının prinsipləri:
1. Sadə ve rahat əldəetmə imkanı:
İstifadəçilər ehtiyaclarına uyğun olaraq resursları (serverlər, saxlama, şəbəkə və s.) avtonom şəkildə əldə edə bilirlər.
2. Her yerdən qoşulma rahatlığı:
Bulud xidmətləri internet vasitəsilə istənilən cihazdan (kompüter, planşet, telefon və s.) əlçatan olmalıdır.
3. Resursların effektiv istifadəsi:
Bulud provayderləri resursları bir çox istifadəçi arasında paylaşaraq effektiv idarə edir.
4. Resursların rahat ve asan artırma imkanı:
İstifadəçilər ehtiyaclarına uyğun olaraq resursları artırıb-azalda bilərlər. Bu xüsusiyyət sistemin yüklənməsinə, uyğun şəkildə avtomatik tənzimlənməsinə imkan yaradır.
5. Ədalətli ve aydın ödəniş imkanları:
Bulud xidmətləri istifadə edilən resurslara əsasən ölçülür və ödənişlər də bu istifadəyə görə hesablanır (pay-as-you-go modeli).
Bu prinsiplər bulud texnologiyalarının çevik, qənaətcil və geniş miqyasda istifadə edilə bilən olmasını təmin edir”.
Müsahibimiz bulud texnologiyalarında məlumat təhlükəsizliyinin təmin olunması barədə də danışıb:
“Şifrələmə – məlumatlar həm ötürülmə, həm də saxlanma zamanı şifrələnir.
İki addımlı giriş (2FA, MFA) – hesabları qorumaq üçün əlavə identifikasiya tələb olunur.
İcazə nəzarəti – hər kəsə yalnız ehtiyacı olduğu məlumatlara giriş verilir.
Xüsusi avdanlıqlarla( firewall ) qoruma – zərərli hücumlardan müdafiə üçün xüsusi sistemlər var.
Müntəzəm backup – məlumatlar ehtiyat nüsxələnir və bərpa imkanı təmin edilir.
Canli monitorinq – şübhəli fəaliyyətlər avtomatik izlənir və qarşısı alınır.
Təhlükəsizlik auditləri – bulud provayderləri təhlükəsizlik yoxlamalarından keçir.
Uyğunluq sertifikatları – GDPR, ISO 27001 kimi standartlara əməl olunur.
Fövqəladə hallara hazırlıq – sistemlər qəza və hücumlardan tez bərpa olunur.
Süni intellekt və avtomatlaşdırma – təhlükəsizlik təhdidlərinə qarşı ağıllı müdafiə”.
Nərmin Həşimova