Psoriaz xəstəliyi: simptomları və müalicəsi

Bölmə: Sosial › ,
Tarix: 22:34 05.03.2025

Psoriaz qeyri-infeksion, iltihabi və xroniki dəri xəstəliyi növüdür.

 

Mövzu barəsində Mərkəzi Gömrük Hospitalının yüksəkixtisaslı dermatoveneroloqu Sevinc Kərimova “İnformator.az”a açıqlamasında bildirib ki, psoriaz xəstəliyi dərinin autoimmun xəstəliyi hesab olunur:

 

“Burada genetik faktor da rol oynayır. Xəstəliyin səbəbləri bəlli deyil. Əsas kəskinləşmə səbəbi insanların daha çox stress keçirməsidir.

Bu xəstəlik dərinin müxtəlif yerlərində, həm saçlı hissədə ola bilir, əsasən dizlərin və dirsəklərin açıcı səthlərində olur”.

 

Müsahibimizin sözlərinə görə, burada əsas treada simptomunu dəqiqləşdiririk:

 

“Həmin səpkilərin üzərində gümüşü, gümüşü-ağ ,mum rəngində pulcuqlar, bu pulcuqları qopardıqda onların çətinliklə qopması və qopduqda qan şehi dediyimiz nöqtə şəklində qanamalar- bu 3 simptom birlikdə psoriazı xarakterizə edən treada simptomudur. Bu simptom müsbətdirsə, psoriazın 100% olmasına əminlik yaradır. Müalicəsində isə müxtəlif müasir müalicələr var: immunosupressivlərlə, immuno bioloji müalicələr var. Amma bu xəstəliyin 100% sağalması kimi bir əminlik yoxdur. Yəni bu xəstəlik zaman-zaman xəstələri narahat edir. Dövri olaraq ildə 2-3 dəfə müalicə tələb edir”.

 

Nərmin Həşimova



Bölmədən digər xəbərlər
"Uşaq əməyinin istismarı və onun müəyyən edilməsi üzrə indikatorlar" mövzusunda təlim keçirilib
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi və İnsan Alverinə Qarşı Mübarizə üzrə QHT Koalisiyasının birgə əməkdaşlığı çərçivəsində “Uşaq əməyinin istismarı və onun müəyyən edilməsi üzrə indikatorlar” mövzusunda təlimçilər üçün bir günlük təlim keçirilib.