Agorafobiya nədir?

Bölmə: Sosial › ,
Tarix: 23:01 05.03.2025

Agorafobiya (açıq məkan qorxusu) insanlarda rast gəlinən haldır. 

 

Bu mövzu ilə bağlı psixoloq Fidan Namazova "informator.az" a açıqlamasında bildirib ki, Agorafobiya açıq məkanlardan, yəni çoxlu insanların toplaşdığı məkanlara qarşı qorxu, küçəyə çıxma qorxusu həmçinin geniş açıq əraziyə çıxma qorxusudur:

 

"Bu müxtəlif səbəblərdən yaranır. Bəzən posttravmatik stressdən olur bəzən hansısa inandığı mövzudan sonra yaranır. Fərqli səbəblərdən də ola bilir. Həmin insanın həm özü üçün, həm də yaxın ətrafı üçün bu çox ciddi problemə çevrilir. Çünki hər dəfə harasa getmək, evdən çıxmaq ,təcili belə olsa, hətta belə bir şeylər var ki, fövqəladə hallarda belə çölə çıxmaq qorxusu onlarda ciddi problemlər yaradır. Yəni bu cür problemlərlə üzləşirlər və bəzən digər insanlara da problem yarada bilirlər. Həm özünə, həm də ətrafına psixoloji, mənəvi zərər verir. Özünü də incidir, çünki məntiqi olaraq başa düşür ki, mən çıxmalıyam ,getməliyəm, hansısa bir işim var, amma psixoloji olaraq onu daşıya bilmədiyi üçün məcbur onu etmir. Bəzən bu insanları başa düşmürlər. Düşünürlər ki, bu çox asandır, nə var orda, bir çölə çıxmaq nədir ki və s. Amma əslində elə deyil. Bu onlar üçün inanılmaz dəhşətli bir psixoloji məqamdır. Müalicə üsullarından danışsaq bu cür insanlar mütləq qaydada psixoterapevt ilə çalışmalıdırlar. Ciddi terapiya almalıdırlar. Bəzən bu hal dərhal həll olmur, uzun müddət insan bundan əziyyət çəkir. Və nə vaxt bitəcəyi bilinmir. Heç kəs bununla bağlı zəmanət verə bilməz. Bu ola bilər ki hansısa kiçik bir hadisədən sonra baş versin, bəzən də ola bilər ki posttravmatik hadisəni digər travmayla əlaqələndirmək olur. Bəzən isə uzun müddət müalicə köməyi olur. Və ya qısa müddətli müalicə kömək olur. Bunu öncədən demək doğru deyil. İnsan psixikası və insanlar fərqlidir. Mütləq qaydada yaxşı olar ki, bu insanlar nəzarət altında olsunlar".

 

Nigar Həsənzadə



Bölmədən digər xəbərlər
"Uşaq əməyinin istismarı və onun müəyyən edilməsi üzrə indikatorlar" mövzusunda təlim keçirilib
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi və İnsan Alverinə Qarşı Mübarizə üzrə QHT Koalisiyasının birgə əməkdaşlığı çərçivəsində “Uşaq əməyinin istismarı və onun müəyyən edilməsi üzrə indikatorlar” mövzusunda təlimçilər üçün bir günlük təlim keçirilib.