“Kommunikasiya strategiyası” adlı seminar keçirilib

Tarix: 11:43 06.03.2025
Azərbaycan Milli QHT Forumu ofisində yeni üzvlərimizdən "Yenisi" Ədəbiyyat və Mədəniyyət Təzahürləri İctimai Birliyinin təşəbbüsü ilə “Kommunikasiya strategiyası” adlı seminar keçirildi. Tədbirdə əsasən son illər yaranan QHT-lər və gənclər iştirak etdilər. Yazıçı, media mütəxəssisi Məqsəd Nurun moderatorluğu ilə keçirilən tədbirdə həmçinin AMQF-nin, İctimai Şuraların və ümumilikdə QHT-lərin kommunikasiya siyasətləriın təkmilləşdirilməsi istiqamətində fikir mübadiləsi aparıldı, təkliflər səsləndi.