Müasir dövrdə müəllim - şagird münasibətləri

Tarix: 11:14 06.03.2025
Müəllim-şagird münasibətləri təhsilin ən vacib hissələrindən biridir və şagirdlərin inkişafına, formalaşmasına birbaşa təsir edir. Mövzu ilə bağlı təhsil eksperti Rizvan Fikrətoğlu “informator.az”a açıqlamasında bildirib ki, bu gün müəllim və şagird münasibətləri təhsilin əsas göstəricilərindən biridir:
“Amma son vaxtlar bunun əksi ilə qarşılaşırıq. Ümumiyyətlə, müəllim-şagird, müəllim-valideyn , uşaq-valideyn problemlərini məktəbin üzərinə ata bilmərik. Yəni uşaq şəxsiyyət olaraq ailədə yetişir. Sonra məktəbə gedir. Bu gün müəyyən qədər tərbiyə problemi var. Valideyn də müəllimin üzərinə gedir. Müəllimin tabe olduğu qurumlardan da müəllim çərçivəyə salınır. Müəllimə azadlıq verilməyib. Bu heç də yaxşı hal deyil. Get-gedə məktəblərdə müəllim-valideyn problemləri artır. Nəzarətsizlik , yersiz müdaxilələr Azərbaycan müəllimini çərçivələyir. Bəzən elə olur ki, sanki müəllim bizdən deyil, yadplanetlidir. Əvvəl müəllimlərə bəşəri qüvvə kimi baxırdılar. Amma bu gün elə deyil. Müəllimin nüfuzu qayıtmalıdır, əks halda bu problemlər geniş vüsət alacaq. Bütün müəllimlər ideal deyil. Yəni qeyri-ideal, müəllim adına yaraşmayan müəllimlər də var. Pis də, yaxşı da olsa, cəmiyyətdəndir. Məktəblərdə də müəllim-şagird münasibətləri heç ürəkaçan deyil”.
Ayşən Səlimova

İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi və İnsan Alverinə Qarşı Mübarizə üzrə QHT Koalisiyasının birgə əməkdaşlığı çərçivəsində “Uşaq əməyinin istismarı və onun müəyyən edilməsi üzrə indikatorlar” mövzusunda təlimçilər üçün bir günlük təlim keçirilib.