Herpes zoster xəstəliyi nədir?

Bölmə: Sosial › ,
Tarix: 21:07 06.03.2025

“Herpes zoster xəstəliyi həm dəri, həm də sinir sistemini zədələyən bir virus infeksiyasıdır. Adətən bunun törədicisi sadə herpes viruslarıdır”.

 

Bu sözləri dermatoloq Tünzalə Əzizli “İnformator.az”a açıqlamasında deyib.

 

O qeyd edib ki, sadə herpes viruslar, ümumiyyətlə, HSV-1 və HSV-2 tip olur:

 

“HSV-1 adətən dərinin selikli qişasını zədələyir. HSV-2 isə daha çox genital bölgələrdə selikli qişaları zədələyir. 

Xəstəliyi adətən kəmərvari dəmirov da adlandırırlar. Birtərəfli olur və xəstələrdə qrup şəkilli vezikullar görünür. Vezikullar qrup şəkilli içi sulu olan səpkilərdir”.

 

Müsahibimizin sözlərinə görə, xəstəliyin əlamətlərindən ən əsası şiddətli, güclü ağrıların olmasıdır:

 

“Xəstəliyin vizual səpkiləri əmələ gəlmədən öncə şiddətli ağrılar başlayır və bu, xəstələri çox vaxt yayındırır. Bəzən miazit, bəzən nevralgiya kimi qiymətləndirilir. Amma bir neçə gündən sonra artıq səpkilər çıxmağa başladıqda dermotoloqa müraciət edirlər. Bu zaman da virus əleyhinə müalicə başlanmalıdır. 

Xəstəlikdən qorunmaq üçün xüsusi bir profilaktik tədbirlər yoxdur. Orqanizmin immunitetini gücləndirmək, yaxşı qidalanmaq və yoluxan insanlardan, hazırda aktiv xəstəliyi olan insanlardan uzaq qalmaq daha məsləhətlidir. 

Əgər zamanında müalicəyə başlanmasa, yayıla bilər və şiddətli ağrılar arta bilər”.

 

Nərmin Həşimova



Bölmədən digər xəbərlər
"Uşaq əməyinin istismarı və onun müəyyən edilməsi üzrə indikatorlar" mövzusunda təlim keçirilib
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi və İnsan Alverinə Qarşı Mübarizə üzrə QHT Koalisiyasının birgə əməkdaşlığı çərçivəsində “Uşaq əməyinin istismarı və onun müəyyən edilməsi üzrə indikatorlar” mövzusunda təlimçilər üçün bir günlük təlim keçirilib.