Meditasiya hər bir insanın həyatında olmalıdır

Tarix: 22:58 06.03.2025
Son dövrlərdə meditasiyanın faydaları və onun insan psixologiyasına təsiri ilə bağlı müxtəlif fikirlər səsləndirilir.
Meditasiya yalnız sakitləşmək üçün deyil, həm də stressi, gərginliyi azaltmaq və beyin yorğunluğunu aradan qaldırmaq üçün effektiv üsullardan biridir. Psixoloq Vüsalə Əmiraslanova “informator.az” a açıqlamasında bildirib ki, meditasiya insanın həm psixoloji, həm də fiziki rahatlığı üçün mühüm əhəmiyyət daşıyır:
“Meditasiya ilə məşğul olan insanlar əsasən psixologiya sahəsinə maraq göstərənlər olur. Amma bu yalnız müəyyən bir qrup üçün deyil, ümumilikdə hər bir insan üçün vacibdir. Çünki meditasiya beyni sakitləşdirir, ruhu rahatlaşdırır və insanı bir neçə anlıq da olsa neqativ fikirlərdən uzaqlaşdırır”.
Onun sözlərinə görə, meditasiya üçün uyğun mühit seçmək vacibdir:
“Mütləq sakit bir mühit olmalıdır. İnsan ya tam uzanmış, ya da yarı oturacaqlı şəkildə rahat bir pozisiyada meditasiya etməlidir. Kənar səslər olmamalıdır. Əgər musiqi və ya başqa bir səs varsa, insan fikrini ora yönləndirməlidir. Elə insanlar var ki, azan səsi onlar üçün meditasiya vasitəsidir, digərləri isə musiqi ilə meditasiya edir. Əsas odur ki, insan rahatlıq tapsın”.
Vüsalə Əmiraslanova vurğulayıb ki, meditasiya gündəlik həyatın ayrılmaz hissəsinə çevrilməlidir, çünki bu üsul həm zehni, həm də fiziki sağlamlığa müsbət təsir göstərir.
Asiya Zeynallı

İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi və İnsan Alverinə Qarşı Mübarizə üzrə QHT Koalisiyasının birgə əməkdaşlığı çərçivəsində “Uşaq əməyinin istismarı və onun müəyyən edilməsi üzrə indikatorlar” mövzusunda təlimçilər üçün bir günlük təlim keçirilib.