Son illərdə saxta spirtli içkilər səbəbindən baş verən zəhərlənmə halları

Bölmə: Sosial › ,
Tarix: 23:05 06.03.2025

Xüsusilə texniki spirtin (metanol) tərkibində olduğu içkilər insan həyatı üçün ciddi təhlükə yaradır. Bir çox insan bunu adi etil spirti ilə qarışdıraraq içir, nəticədə isə ağır fəsadlarla – görmə itkisi, daxili orqanların zədələnməsi və hətta ölüm halları ilə qarşılaşır. Bəs texniki spirt orqanizmə necə təsir edir və niyə bu qədər təhlükəlidir?

 

Mövzu ilə bağlı “Informator.az”a açıqlamasında həkim Adil Qeybulla qeyd edir ki, əvvəla onu qeyd edim ki, texniki spirt elə adından da məlum olduğu kimi yalnız sənayedə istifadə olunur:


“Qida üçün olduqca təhlükəlidir. Texniki spirtin tərkibində müxtəlif qarışıqlar ola bilər və bu, onun təyinatından asılıdır. Bu qarışıqlar arasında metanol, skipidar və digər zərərli maddələr ola bilər. Buna görə də texniki spirt qida kimi istifade edilə bilməz. Tərkibindəki maddələrə görə texniki spirt insan həyatı üçün ciddi təhlükə yaradır və ölümlə nəticələnə bilər. Metanolun qəbul edilməsi görmə qabiliyyətinin itirilməsinə, hətta tam korluğa səbəb ola bilər. Digər maddələr mədə qanaxmasına, qan dövranının pozulmasına, ürək dayanmasına və digər ağır fəsadlara yol aça bilər. Bu səbəbdən qida təyinatı olmayan spirtlər məişətdə içmək üçün istifadə edilməməlidir. İnsanlar bunun fərqində olmalıdırlar. Apteklərdə satılan və üzərində "dezinfeksiyaedici" yazılmış spirtlər yalnız gigiyenik məqsədlə nəzərdə tutulub. Onlar qətiyyən içmək üçün istifadə edilə bilməz. İçmək üçün yalnız fabrik istehsalı olan spirtli içkilər nəzərdə tutulur".


Zəhra Məmmədova



Bölmədən digər xəbərlər
"Uşaq əməyinin istismarı və onun müəyyən edilməsi üzrə indikatorlar" mövzusunda təlim keçirilib
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi və İnsan Alverinə Qarşı Mübarizə üzrə QHT Koalisiyasının birgə əməkdaşlığı çərçivəsində “Uşaq əməyinin istismarı və onun müəyyən edilməsi üzrə indikatorlar” mövzusunda təlimçilər üçün bir günlük təlim keçirilib.