Hansı peşə mənə uyğundur?-TƏDBİR

Bölmə: Sosial › ,
Tarix: 23:32 06.03.2025

"Bu gün-6 mart tarixində "BDU könüllüləri" təşkilatının Mexanika-Riyaziyyat fakültəsi üzrə könüllülərin təşkilatçılığı ilə gələcəyinizi müəyyən etməyə hazırsınız?"

 

“Hansı peşə mənə uyğundur?” adlı tədbir keçirilib. Bu tədbirdə tələbələr özünü kəşf edəcək metodlarla tanış olub, hansı sahənin onlar üçün ən uyğun olduğunu analiz ediblər .

 

Bu tədbirdə tələbələrin qazandığları üstünlüklər:

 

 - Əyləncəli testlər ilə gələcəyi öyrənmək yolları 

- Yaradıcı oyunlar ilə peşə seçimini daha da əyləncəli hala gətirmək yolları 

- Yeni imkanlar və ilham verici karyera məsləhətləri

 

Sonda tədbir maraqlı psixoloji test və tələbələrin bir-birinə anonim ünvanladığı motivasiya məktubları ilə bitib.

 

Nigar Həsənzadə