Sızanaqlar hansı bölgədə nəyin göstəricisidir?

Bölmə: Maraqlı › ,
Tarix: 22:24 07.03.2025

Günümüzdə ən çox görülən dəri xəstəlikləri arasında yer alan sızanaqlar yeniyetməlik kabusu kimi tanınsa da, əslində böyüklərdə də rast gəlinən bir xəstəlikdir.



Hər 5 qadından birində sızanaq problemi olduğunu söyləyən Dermatologiya Mütəxəssisi Dr. Özlem Akın Çakıcı, sızanaqların erkən mərhələdə müalicəsinin son dərəcə əhəmiyyətli olduğunu qeyd etdi.

Sızanaqlar ağ ləkələr, qırmızı qabar və ağrılı kistlər kimi müxtəlif patoloji dəyişiklərlə özünü göstərə bilər. Dermatologiya Mütəxəssisi Dr. Özlem Akın Çakıcı sızanaqların bədəndəki nahiyələrə görə fərqli səbəblər ola biləcəyini qeyd etdi və belə davam etdi:
“Məsələn, saç köklərinin tıxanmasına səbəb olan saç məhsulları, nahiyədə mexaniki travma və tərləmə yaradan papaq və dəbilqə kimi aksesuarların istifadəsi nəticəsində alın, baş dərisi və boyun nahiyəsində gözə çarpan patoloji dəyişikliklər inkişaf edə bilər”.

 

Mənbə: Pembe nar
Nigar Səmədli