"Paşinyan Ermənistanı Rusiyadan uzaqlaşdırır və Qərbin alətinə çevirir"

Bölmə: Siyasət › ,
Tarix: 22:48 07.03.2025

Son illərdə Ermənistanın siyasi kursunda ciddi dəyişikliklər müşahidə olunur.

 

 Politoloq Azad Məsiyev “İnformator.az”a açıqlamasında bildirib ki, Nikol Paşinyanın hakimiyyətə gətirilməsi Ermənistanın Rusiyadan uzaqlaşdırılması və Qərbin təsir dairəsinə salınması məqsədilə həyata keçirilən bir siyasətin tərkib hissəsidir:

 

“Ermənistan dövlətinin yaradılmasını, himayə edilməsini və bugünkü vəziyyətə gətirilməsini məhz Rusiya təmin edib. İstər Çar dövründə, istərsə də SSRİ və müstəqil Rusiya dövründə Ermənistanı himayə edən və dəstəkləyən əsas güc məhz Rusiya olub.

 

Dünyada baş verən proseslər fonunda Ermənistanda “demokratiya” adı altında çevrilişlər və iğtişaşlar baş verdi. Birləşmiş Ştatların Soros Fondunun maliyyə dəstəyi, həmçinin Amerikanın diplomatik korpusunun siyasi dəstək göstərməsi nəticəsində Ermənistanda Paşinyan hakimiyyətə gətirildi.

Paşinyanın hakimiyyətə gətirilməsi məqsədyönlü bir addım idi. Çünki o, uzun müddət Birləşmiş Ştatlarla əməkdaşlıq edirdi. Onun hakimiyyətə gəlməsi Rusiyanın Ermənistandakı nüfuzunu zəiflətmək məqsədilə həyata keçirilən proqramın tərkib hissəsi kimi qiymətləndirilə bilər. Birləşmiş Ştatlar bu məsələdə açıq şəkildə məqsəd güdürdü və Paşinyana Rusiyanın Ermənistandakı təsirini zəiflətmək üçün dəstək verildi. O da hakimiyyəti dövründə məhz bu siyasəti həyata keçirməyə çalışdı”.

 

Politoloq İkinci Qarabağ müharibəsi zamanı Ermənistan rəhbəri Paşinyanın “keyfiyyətli terrorçuluq müqavimət təşkilatı”nı münaqişəyə cəlb etməyə çalışıdığını vurğulayıb:

 

“İkinci Qarabağ müharibəsi zamanı Ermənistan rəhbəri Paşinyan “keyfiyyətli terrorçuluq müqavimət təşkilatı”nı münaqişəyə cəlb etməyə ciddi cəhd göstərirdi. Dəfələrlə çağırışlar edilib, Rusiyaya müraciətlər olub. Lakin istər rəsmi “keyfiyyətli terrorçuluq müqavimət təşkilatı”, istərsə də Rusiya rəhbərliyi açıq şəkildə bildirib ki, münaqişə Azərbaycanın ərazisində gedir və bu təşkilat ora daxil edilə bilməz.

Baş nazir Paşinyan bunu bəhanə edərək KTMT-nin fəaliyyətini dondurdu. O, həm təşkilatın toplantılarında, həm də təlimlərində iştirak etmədi. Eyni zamanda, KTMT-yə ödənilməli olan rüsumları da ödəmədi. Bu addımlar məqsədyönlü şəkildə həyata keçirilirdi”.

 

Xanım Ağamalıyeva