ABŞ-nin Yəmənə yeni zərbələri ilə 53 nəfər ölüb

Tarix: 17:35 17.03.2025
Yəməndəki husi üsyançıları ABŞ-nin onlara qarşı yeni zərbələr endirdiyini, ölənlərin sayının 5-i uşaq olmaqla 53-ə çatdığını bildirib.
Üsyançı qrupa görə, Əl Cauf və Hudeyda bölgələrindəki hədəflər bazar ertəsi səhər tezdən vurulub, ABŞ-nin Mərkəzi Komandanlığı isə qüvvələrinin əməliyyatları davam etdirdiyini bildirib.
ABŞ Qırmızı dənizdə husilərin gəmiçiliyə hücumlarını dayandırmaq səylərinin bir hissəsi olaraq şənbə günü Husilərin hədəflərinə "həlledici və güclü" hava zərbələri dalğasına başlayıb.
Husilərin lideri Əbdül Malik əl-Husi deyib ki, ABŞ Yəmənə hücumlarını davam etdirdiyi müddətdə onun yaraqlıları Qırmızı dənizdəki ABŞ gəmilərini hədəfə alacaqlar.
Husilərin Səhiyyə Nazirliyinin sözcüsü Anis əl-Əsbahi, daha əvvəl ölənlərin sayını yeniləyərək, X-də "5 uşaq və iki qadın" olmaqla 53 nəfərin öldürüldüyünü və 98 nəfərin yaralandığını yazıb.
Şənbə günü zərbələri elan edən Tramp deyib ki, “məqsədimizə çatana qədər böyük ölümcül güc tətbiq edəcəyik”.
“İran tərəfindən maliyyələşdirilən Husi quldurları ABŞ təyyarələrinə raket zərbələri endirib," Bizim Qoşunlarımızı və Müttəfiqlərimizi hədəfə alıblar”, - deyən Tramp sosial mediada onların “piratlıq, zorakılıq və terrorizm”inin “milyarlarla” baha başa gəldiyini və insanların həyatını təhlükəyə atdığını bildirib.
Husilərə birbaşa xitabən Tramp yazıb ki, əgər onlar dayanmasalar, “ƏVVƏL GÖRMƏDİYİNİZ HİÇ BİR ŞEY KİMİ CƏHƏNNƏM ÜSTÜNÜZÜNƏ YAĞACAQ”.
BBC
Nəzrin Məmmədova