"Azadlıq" radiosu üçün 5,5 milyon ayrılıb

Tarix: 23:24 20.05.2025
Avropa Birliyi “Azadlıq" radiosunu maliyyələşdirmək qərarı verib.
"İnformator.az" xəbər verir ki, bu barədə AB rəsmisi Kaya Kallas mətbuat konfransında deyib.
Kallas qeyd edib ki, AB "Azadlıq" radiosunun qonşu regionlarda, Qafqaz və Mərkəzi Asiyada yayımını dəstəkləmək üçün büdcədən 5,5 milyon avro ayıracaq.
"Bu, qısamüddətli maliyyələşdirmədir, indi AB ölkələri uzunmüddətli maliyyələşdirmə ilə bağlı öz aralarında razılaşma tapmalıdırlar", - Kallas əlavə edib.