“Mən İsrailin Qəzzaya hücumlarından çox narahatam”

Tarix: 22:00 19.03.2025
İngiltərə Baş naziri Keir Starmer İsrailin Qəzzaya hücumlarını davam etdirməsindən çox narahat olduğunu bildirib. "Son bir neçə gündə yenidən gündəmə gələn valideynlərin uşaqlarını xəstəxanaya aparan görüntüləri qarşısında bu qədər insanın öldürülməsi , həqiqətən, təəccüblüdür" , - dedi.
İngiltərə Baş naziri Starmer İngiltərə parlamentində keçirilən həftəlik "Baş nazirə suallar" iclasında ölkə və dünya gündəmi ilə bağlı qiymətləndirmələr edib. Ötən gecə Ukrayna Prezidenti Vladimir Zelenski ilə telefon danışığı olduğunu qeyd edən Starmer, ABŞ Prezidenti Donald Trampın atəşkəslə bağlı Rusiya ilə həyata keçirdiyi prosesi müzakirə etdiklərini bildirib. Starmer Ukraynaya sarsılmaz dəstəyini dilə gətirib.
Mənbə: TRT Haber
Kəmalə Vəliyeva