Qatil İsrail Xan Yunisə hücum etdi

Tarix: 14:00 23.03.2025
Qatil İsrailin Qəzza zolağının cənubundakı Xan Yunus şəhərinə endirdiyi hava zərbələri nəticəsində bir uşaq ölüb, çoxlu sayda mülki şəxs yaralanıb.
Fələstinin rəsmi agentliyi WAFA-nın xəbərində İsrail döyüş təyyarələrinin Xan Yunisin şərqindəki Əl-Fahhari bölgəsində bir evi bombalaması nəticəsində Liliyan Cihad Əbu Dekka adlı uşağın həyatını itirdiyi, bəzi insanların isə yaralandığı bildirilib. Xəbərdə İsrail qüvvələrinin Xan Yunisin şərqində Qəzza Avropa Xəstəxanası ətrafını bombalaması nəticəsində çox sayda insanın yaralandığı da bildirilib. Qəzzada Səhiyyə Nazirliyinin dünən verdiyi açıqlamada, 7 oktyabr 2023-cü ildən bəri İsrailin Qəzza zolağına təşkil etdiyi hücumlarda 49 min 747 fələstinlinin öldüyü, 113 min 213 nəfərin isə yaralandığı bildirilib.
Mənbə: TRT Haber
Kəmalə Vəliyeva