"Sabah Saraçhanedə toplantı olmayacaq"

Tarix: 10:00 26.03.2025
CHP sədri Özgür Özəl, Saraçhanedə çıxışı zamanı sabah orada toplantı keçirilməyəcəyini bildirib.
İstanbul Böyükşəhər Bələdiyyəsinə və Əkrəm İmamoğluna qarşı “korrupsiya və terror” araşdırmaları davam edərkən, CHP sədri Özgür Özəl Saraçhanedə izdiham qarşısında çıxış edib.
Özəl açıqlamasında, "Saat 20:30-da gecə mitinqləri Saraçhanedə başa çatacaq, lakin bundan sonra Saraçhane fərqli formata keçəcək",- deyə bildirib.
O, çərşənbə günü Saraçhanedə toplantı olmayacağını, şənbə günü isə İstanbulda mitinq keçiriləcəyini vurğulayıb.
Mənbə: Haber global
Aytən Ağazadə