ABŞ Prezidenti Trampdan Türkiyə və Ərdoğan haqqında təriflər

Bölmə: Dünya › ,
Tarix: 10:01 26.03.2025

ABŞ Prezidenti Donald Tramp, Ağ Evdə ABŞ-nin Ankaradakı səfirliyinə namizəd göstərdiyi Tom Barakı qəbul edərkən Türkiyə və Rəcəb Tayyib Ərdoğan haqqında müsbət fikirlər səsləndirib.

 

Tramp, Senatdan razılıq aldıqdan sonra dünyanın müxtəlif ölkələrinə göndəriləcək bəzi səfirlərlə Ağ Evdə görüşüb. Görüşdə ABŞ-nin Ankaradakı səfirliyinə namizədliyi irəli sürülən Tom Barak da iştirak edib. O, digər səfirliyə namizədlərlə birlikdə mətbuata qısa açıqlama verib.

 

Trampla işləməkdən məmnun olduğunu bildirən Barak Türkiyəni “ən qədim sivilizasiyalardan biri” adlandırıb. Bunun ardınca ABŞ Prezidenti Tramp “Yaxşı ölkədir, lideri də yaxşıdır” sözlərini söyləyib.

 

Mənbə: Trt haber

Aytən Ağazadə