ABŞ Prezidenti Tramp Türkiyə Prezidenti Ərdoğanı tərifləyib

Bölmə: Dünya › ,
Tarix: 20:12 26.03.2025

ABŞ Prezidenti Donald Tramp ABŞ-nin Ankaradakı səfirliyinə namizədliyini irəli sürdüyü Tom Barakın Ağ Evdə qəbul zamanı Türkiyə və Prezident Rəcəb Tayyib Ərdoğan haqqında yüksək fikirlər səsləndirib. 


ABŞ Prezidenti Tramp Senatdan razılıq aldıqdan sonra dünyanın müxtəlif ölkələrinə səfər edəcək bəzi səfirlərlə Ağ Evdə görüşüb. ABŞ-nin Ankara səfirliyinə namizədliyi irəli sürülən Barak digər səfirliyə namizədlərlə birlikdə mətbuata qısa açıqlama verib.
Trampla işləməkdən məmnun olduğunu və ona təşəkkürünü bildirən səfirliyə namizəd Barak Türkiyəni “ən qədim sivilizasiyalardan biri” adlandırıb.

ABŞ Prezidenti Tramp Barakın sözlərinə “Bu, yaxşı ölkədir, lideri də yaxşıdır” , - deyə o cavab verib.

 

Tom Barak kimdir?

 

ABŞ-nin Kaliforniya ştatında doğulub böyüyən 77 yaşlı Barak Cənubi Kaliforniya Universitetində bakalavr təhsilini, San Dieqo Universitetində isə hüquq fakültəsini bitirib. 1900-cü ildə Livanın Zahle şəhərindən ABŞ-yə mühacirət edən livanlı xristian mühacir valideynlərinin nəvəsi Barak, atasının baqqal, anası isə katibə olduğu Los-Ancelesin Kalver Siti şəhərində böyüyüb.
Tələbəlik illərində reqbi komandasına qatılaraq idmana maraq göstərən Barak Səudiyyə Ərəbistanında hüquqşünas kimi çalışıb.
1980-ci illərdə Reyqan administrasiyasında daxili işlər nazirinin köməkçisinin müavini vəzifəsində çalışmış Barak Kaliforniyanın Rancho del Cielo şəhərində 40-cı prezident Ronald Reyqanla qonşu idi.

 


Mənbə: TRT Haber
Xədicə  Məhərrəmli