ABŞ ilə təmaslar intensivləşdi

Bölmə: Dünya › ,
Tarix: 20:27 26.03.2025

ABŞ əsgərləri Suriyanın şimal-şərqində Suriya Demokratik Qüvvələrinin (SDQ) nəzarətində olan bölgədədir.

 

Xarici İşlər naziri Fidan keçən həftə verdiyi açıqlamada, Ərdoğanın Ağ Evə səfərinə hazırlıqları görmək üçün Rubio ilə görüşə biləcəyini qeyd edib. Fidan həmçinin Ərdoğan-Tramp görüşməsinin "olduqca müsbət" keçdiyini və Trampın Ərdoğana hörmətinin telefon danışığının məzmununa əks olunduğunu vurğulayıb. Eyni görüş haqqında şərh verən Trampın Yaxın Şərq nümayəndəsi Stiv Vitkoff da son günlərdə Ərdoğan-Tramp görüşünü "möhtəşəm" və "dəyişdirici" adlandırıb. Vitkoff, "Fikrimcə, Prezidentin Ərdoğanla bir əlaqəsi var və bu, əhəmiyyətli olacaq. Məncə, yaxşı şeylər baş verir. Hazırda həmin görüşün nəticəsi olaraq Türkiyədən çoxlu müsbət xəbərlər gəlir. Fikrimcə, yaxın günlərdə bunu xəbərlərdə görəcəksiniz”, deyə şərh edib. Rubio, Florida senatoru vəzifəsində çalışdığı dövrdə, İmamoğlunun 2019-cu ildə İstanbul Bələdiyyə sədri seçildiyi ilk seçkilərin ləğvini tənqid edib və "Avtoritarlıq hər bölgədə demokratiyaya meydan oxuyur" deyib.

 

Mənbə: BBC News
Fatimə Heydərova