İBB-də vəkil seçkisi keçirilir, CHP-nin namizədi Nuri Aslandır

Tarix: 20:29 26.03.2025
Ekrem İmamoğlunun həbs edilməsindən sonra bu gün İstanbul Böyükşəhər Bələdiyyə Məclisində Başqan Vəkili seçimi üçün səsvermə başladı.
CHP-nin namizədi Nuri Aslan, AKP-nin namizədi isə İBB AK Parti Qrup Başqan Vəkili Zeynel Abidin Okuldur. İBB Məclis Başqan Vəkili Nuri Aslan, İBB Başqanı Ekrem İmamoğlunun nəzarətə alınmasının ardından ona vəkalət verilməsi ilə 20 martdan bəri İBB Başqan Vəkili vəzifəsini icra edirdi. CHP-nin 186 üzvü var, lakin 5 bələdiyyə başqanı və 5 məclis üzvü həbs edildiyi üçün səsvermədə iştirak edə bilmir. AKP-nin isə 122 üzvü var.
Ekrem İmamoğlunun maliyyə ittihamı ilə həbs edilməsindən sonra İBB Başqanlığı üçün bu gün saat 13:00-da seçki keçirilməsi qərara alınıb.
Mənbə:BBC
Ətirə İbayeva