Rusiyada eniş təkərləri xarab olan təyyarə zolaqdan çıxdı

Tarix: 20:33 26.03.2025
Rusiyanın Novıy Urengoy şəhərində bir yük təyyarəsi eniş edərkən texniki nasazlıq səbəbilə uçuş-enmə zolağından çıxıb.
Antonov An-12 tipli yük təyyarəsinin eniş təkərlərinin işləməməsi səbəbindən qara çırpıldığı bildirilib. Təyyarədə olan 8 ekipaj üzvü sağ qurtulub. Rus mətbuatında yer alan xəbərlərə görə, pilot enişdən əvvəl hava nəzarət mərkəzinə eniş təkərlərinin tam açılmadığını bildirib. Hadisədən sonra Novıy Urengoy hava limanı müvəqqəti olaraq bağlanıb. Təyyarə eniş zamanı sol təkərində yaranan nasazlıq səbəbindən uçuş-enmə zolağından çıxıb və qar yığınına çırpılaraq dayanıb. Təhlükəsizlik kameraları hadisəni qeydə alıb. Rusiyada Antonov An-12 tipli yük təyyarəsi eniş zamanı problem yaşayıb. Sol eniş təkəri açılmadığı üçün təyyarə zolaqdan çıxıb. Təyyarə qar yığınına çırpılıb. Təyyarədə olan 8 nəfər sağ qalıb. Hadisə yerli hava limanının müvəqqəti bağlanmasına səbəb olub.
A Haber
Billurə Quliyeva