Rusiya: Ukrayna, ABŞ-la əldə olunan razılaşmaya baxmayaraq hücumlarını davam etdirir

Bölmə: Dünya › ,
Tarix: 20:47 26.03.2025

 

Rusiya Müdafiə Nazirliyi, Ukraynanın ABŞ-la əldə olunan razılaşmaya baxmayaraq enerji infrastrukturuna hücumlarını davam etdirdiyini bildirib.

Nazirliyin açıqlamasına görə, Ukrayna bu gün Kursk və Bryanskdakı elektrik infrastrukturlarına pilotsuz uçuş aparatları (PUA) ilə hücum edib.

 

Açıqlamada, hücumlar səbəbindən elektrik kəsintisinin baş verdiyi qeyd olunaraq, Krımdakı təbii qaz anbarına da PUA hücumu təşkil edildiyi bildirilib.

 

Hücümların, enerji infrastrukturuna hücumların dayandırılmasını nəzərdə tutan ABŞ-la əldə olunan razılaşmaya baxmayaraq həyata keçirildiyinə diqqət çəkilən açıqlamada, “Kiyev rejimi, Rusiyanın mülki enerji infrastrukturuna ziyan vurmağa davam edərkən Rusiya-Amerika razılaşmalarını pozmaq üçün əlindən gələni edir” ifadəsi yer alıb.

 

ABŞ Prezidenti Donald Tramp ilə Rusiya Prezidenti Vladimir Putin-in 18 martda keçirdiyi görüşün ardından tərəflərin 30 gün müddətində enerji infrastrukturu obyektlərinə hücumları dayandırmaq barədə razılığa gəldiyi açıqlanıb.

 

Kreml, ABŞ-la əldə olunan razılaşma çərçivəsində Rusiya və Ukraynada neft emalı zavodları və enerji boru xətləri kimi obyektlərə hücumların dayandırılacağını bildirib.

 

TRT XƏBƏR

Günel Verdiyeva