Kuba liderindən İsrail və ABŞ-yə “Qəzza" etirazı

Tarix: 22:33 26.03.2025
Kuba Prezidenti Migel Dias Kanel İsrailin ABŞ-nin dəstəyi ilə Qəzzada Fələstin xalqını məhv etməyə çalışdığını bildirib.
Kanel "X" sosial media platformasında paylaşım edərək, köç etməyə məcbur edilən qəzzalıların fotosunu yayımlayıb və İsrail ilə ABŞ-ni qınayıb.
Kuba lideri Kanel bildirib:
“İsrail, ABŞ-nin tam cəzasızlıq şəraitində verdiyi dəstək ilə Qəzzada Fələstin xalqını məhv etməyə davam edir. Beynəlxalq humanitar hüququ açıq şəkildə pozaraq xəstəxanaları, qaçqın düşərgələrini və Birləşmiş Millətlər Təşkilatının obyektlərini bombalayır”.
19 martda etdiyi paylaşımında da ABŞ-ni tənqid edən Kanel vurğulayıb:
“ABŞ hökumətinin tam dəstəyi ilə İsrail Qəzzaya qarşı bombardmanlarını yenidən başladı. Onlar Fələstin xalqını hər nə bahasına olursa-olsun və getdikcə artan bir vəhşiliklə məhv etməyi hədəfləyirlər. Bu soyqırım cəzasız qala bilməz”.
Mənbə: TRT Haber
Nigar Həsənzadə