ABŞ kəşfiyyat hesabatı

Tarix: 22:45 26.03.2025
ABŞ kəşfiyyat hesabatına görə, Çin 2030-cu ilə qədər ABŞ-nin yerini tutaraq dünyanın ən güclü süni intellekt mərkəzinə çevrilməyi planlaşdırır.
ABŞ Milli Kəşfiyyat Direktorluğu (ODNI) "2025 ABŞ Kəşfiyyat İcmasının İllik Təhlükə Dəyərləndirməsi" adlı 30 səhifəlik hesabatını yayımlayıb.
Hesabatda qeyd olunub ki, "Çinin 2030-cu ilə qədər ABŞ-nin yerini tutaraq dünyanın ən güclü süni intellekt mərkəzinə çevrilməyə yönələn çoxşaxəli, milli səviyyədə strategiyası olduğu demək olar ki, qətidir".
Sənəddə bildirilib ki, Çin texnoloji maneələri aşmaq üçün Asiya, Avropa və Şimali Amerikadakı şirkətlərdən "intellektual mülkiyyət oğurlayır".
Hesabatda qeyd edilib ki, "Çin qlobal miqyasda ABŞ-nin maraqlarına ən böyük təhlükə yarada biləcək aktor kimi önə çıxır. Lakin çox aqressiv davranaraq dünyadakı iqtisadi və diplomatik imicini riskə atmaq məsələsində Rusiya, İran və Şimali Koreyadan daha ehtiyatlıdır".
Mənbə : TRT Haber
Nigar Həsənzadə