İsrailin atəskəsi pozduğu hücumlardan 830 fələstinli həlak olub

Bölmə: Dünya › ,
Tarix: 22:53 26.03.2025

 

Qatil İsrailin atəskəsi pozduğu 18 martdan sonra Qəzza zolağına təşkil etdiyi hücumlardan 830 nəfər həlak olub, 1787 nəfər yaralanıb.

 

18 martdan sonra İsrailin atəşkəsi pozduğu hücumlardan 830 fələstinli həlak olub. Qəzzadakı Səhiyyə Nazirliyinin yazılı açıqlamasında İsrailin hücumları nəticəsində son 24 saatda 39 nəfərin həlak olduğu, 124 nəfərin isə yaralandığı bildirilib.
Soyqırımı törədən İsrailin atəskəsi pozaraq Qəzzaya hücumlara başladığı 18 martdan sonra 830 nəfərin həyatını itirdiyi və 1787 nəfərin yaralandığı qeyd olunub.
Qəzzada 7 oktyabr 2023-cü ildən bu yana İsrail hücumları nəticəsində həlak olanların sayının 50 min 183-ə, yaralıların isə 113 min 828-ə çatdığı bildirilib.

 

Atəskəsi pozan İsrail ordusu Qəzzaya şiddətli hücumları yenidən başlatdı

 

Qatil İsrail ordusu Qəzza zolağında 19 yanvarda qüvvəyə minən atəskəsin ardından 18 mart səhəri şiddətli hücumlara yenidən başladı.
İsrail ordusunun hücumları yenidən başlatmasından sonra əksəriyyəti yaşlı, qadın və uşaq olmaqla 792-dən çox fələstinli həlak olub, 1663-dən artıq insan yaralanıb.
Atəskəsi pozan İsrail, yeni atəşkəs təkliflərini rədd etdiyi üçün HƏMAS-a qarşı "getdikcə artan hərbi güclə" hərəkət edəcəyini elan edib.
HƏMAS isə "İsrailin verdiyi vədlərə əməl etmədiyini və atəşkəsə vasitəçilik edən ölkələrin gözü qarşısında üzərinə düşən öhdəlikləri yerinə yetirməyərək Qəzza zolağında fələstin xalqına qarşı soyqırımını yenidən başlatdığını" , - deyib.

 


Mənbə:TRT Haber
Nigar Həsənzadə