Kartalkaya yanğını

Bölmə: Dünya › ,
Tarix: 12:44 27.03.2025

Bolu Kartalkaya Kayak Mərkəzində 78 nəfərin həyatını itirdiyi yanğınla bağlı Grand Kartal Otelin sahibi Halit Ergülün həyat yoldaşı və 2 qızı ilə 3 şübhəli həbs edilib.


Gözaltı və həbs qərarları yanğınla bağlı İstanbul Texniki Universitetindən (İTÜ) mütəxəssislərin hazırladığı ekspertiza hesabatının Bolu Respublika Prokurorluğuna təqdim edilməsindən sonra qəbul olunub. Bolu Respublika Prokurorluğu 21 yanvarda Grand Kartal Otelində baş verən yanğınla bağlı aparılan istintaq çərçivəsində ekspertiza hesabatının tamamlanmasından sonra dünən İl Xüsusi İdarəsi Lisenziya və Nəzarət Müdiri Yeliz Erdoğanın saxlanılmasının ardından daha 9 nəfər haqqında həbs qərarı çıxarıb. Saxlanılanlar arasında yanmış Grand Kartal Otelinin sahibi Halit Ergülün həyat yoldaşı Emine Murtezaoğlu Ergül və qızları Elif Aras, Ceyda Hacıbekiroğlu da var.

Ergülün həyat yoldaşı və 2 qızı ilə yanaşı, otelin memarı Mustafa Selman Çelen, inşaat mühəndisi İsmayıl Haluk İnceler, iş təhlükəsizliyi mütəxəssisləri Kübra Demir və Ece Kayacan, elektrik texniki Məhərrəm Şen, Bolu İl Xüsusi İdarəsinin sabiq Lisenziya və Nəzarət Müdiri və Seben Rayon Xüsusi İdarə Müdiri Mehmet Özel jandarmadakı ifadələrindən sonra məhkəməyə göndəriliblər.

 

Şübhəlilərdən, məhkəmə qarşısına çıxarılan Emine Murtezaoğlu Ergül və qızları Elif Aras, Ceyda Hacıbekiroğlu, İl Xüsusi İdarəsi Lisenziya və Nəzarət Müdiri Yeliz Erdoğan, sabiq Lisenziya və Nəzarət Müdiri Mehmet Özel və elektrik texniki Məhərrəm Şen həbs edilib. İş təhlükəsizliyi mütəxəssisi Kübra Demir məhkəmə nəzarəti şərti ilə, memar Mustafa Selman Çelen, inşaat mühəndisi İsmayıl Haluk İnceler və iş təhlükəsizliyi mütəxəssisi Ece Kayacan isə prokurorluq dindirməsindən sonra azadlığa buraxılıblar. Beləliklə, istintaq çərçivəsində həbs edilənlərin sayı 28 nəfərə yüksəlib. Ədliyyə naziri Yılmaz Tunç, 26 martda Ədalət və İnkişaf Partiyasının (AKP) həftəlik qrup iclası öncəsi TBMM-də verdiyi açıqlamada, "İstintaq ucu haraya toxunursa toxunsun, sonuna qədər gediləcək, bu 78 insanın haqqını məsul şəxslər ödəməlidir”, deyib. Nazir Tunç, daha əvvəlki açıqlamasında ekspertiza hesabatının təqdim edilməsindən sonra yanğınla bağlı ictimai cinayət işinin açılacağını bildirib.

 

Mənbə: BBC News
Fatimə Heydərova