Ədliyyə naziri Yılmaz Tunç: İstintaq siyasi deyil, məhkəmədir

Bölmə: Dünya › ,
Tarix: 12:58 27.03.2025

 

Ədliyyə naziri Yılmaz Tunç İstanbulda beynəlxalq mətbuat nümayəndələri ilə görüşdə çıxış edib.

“ÇOX İSLAHATLARA İMZA ATDIQ”

Biz hüququ sadəcə qanunlar toplusu kimi görmürük. Bu, bizim sosial təməlimizin təməl daşıdır. Biz 23 ildir ki, demokratiya üçün vazkeçilməz olan fikir azadlığının inkişafı istiqamətində mühüm addımlar atırıq. Məhkəmə islahatları strategiyası sənədləri vasitəsilə bir çox islahatlara nail olunub. Radikal və hərtərəfli addımlar atılıb. Türkiyədə son dörddəbir əsrdə siyasi iştirakçılığı artıran islahatlarla iştirakın artdığı bir sistem əldə edilib. Siyasi hüquq və azadlıqların həyata keçirilməsinə mane olanlar aradan qaldırılıb.

 

Mənşəyi məlum olmayan pulların şəxsi hesablara köçürüldüyü və fayda əldə edildiyi, CHP İl Baş Qərargahı binasının satın alınması zamanı haqsız qazanc əldə edildiyi iddiası İstanbul Respublika Baş Prokurorluğu tərəfindən paylaşılıb. İstintaq çərçivəsində həbs prosedurlarına başlandığı andan ictimaiyyətin bəzi dairələri istintaqın məzmununu bilmədən istintaq orqanına təzyiq göstərməyə çalışaraq, məhkəmə istintaqını siyasi istintaq kimi təqdim etməyə çalışıblar. Hüquq dövlətində cinayətin törədildiyi iddiası varsa, müdafiə olunacağı yer küçələr deyil, məhkəmə orqanlarıdır. Cinayətin törədilməsinə sübut varsa, istintaqın aparılmamasını gözləmək qanunun aliliyi prinsipi ilə bir araya sığmır. 

 

A haber

Asiman Vəliyeva