Qəzzada ölənlərin sayı 50 min 208-ə yüksəlib

Bölmə: Dünya › ,
Tarix: 15:48 27.03.2025

İsrail ordusunun 7 oktyabr 2023-cü il tarixindən etibarən Qəzza zolağında həyata keçirdiyi hücumlarda həyatını itirənlərin sayı 50 min 208-ə yüksəlib.

 

İsrail ordusu Qəzza zolağında dinc əhaliyə qarşı hücumlarını davam etdirir. Fələstin Səhiyyə Nazirliyindən verilən açıqlamada İsrailin son 24 saatda həyata keçirdiyi hücumlarda 25 mülki vətəndaşın həyatını itirdiyi, 82 mülki vətəndaşın isə yaralandığı bildirilib. İsrailin atəşkəsi pozduğu martın 18-dən bu yana 855 nəfərin həyatını itirdiyi, 1869 nəfərin yaralandığı qeyd edilib.
Nazirlikdən verilən məlumata görə, İsrailin Qəzzaya hücumları başladığı 7 oktyabr 2023-cü ildən bu yana həyatını itirənlərin ümumi sayı 50 min 208-ə, yaralıların sayı isə 113 min 910-a yüksəlib.

 

 

Mənbə: Haber Global
Kəmalə Vəliyeva