Çin və Tailand, birgə dəniz təlimi keçirəcək

Bölmə: Dünya › ,
Tarix: 23:53 27.03.2025

Çin və Tailandın, Cənubi Çin dənizinin şimalında birgə dəniz təlimləri keçirəcəyi açıqlanıb.

 


Çin Müdafiə Nazirliyindən verilən açıqlamada, təlimin Cənubi Çin dənizinin şimalında, Çinin Guangdong əyalətinin Canciang şəhəri sahillərində keçiriləcəyi bildirilib.

 

Bəyanatda qeyd olunub ki, təlimdə “terrorla mübarizə taktikası, dəniz qüvvələrinin birgə hücum əməliyyatları və sualtı qayıqlara qarşı döyüş hazırlığı” müzakirə olunacaq.

 

Açıqlamada, təlimin iki ölkənin donanmaları arasında 6-cı oxşar fəaliyyət olduğu və praktiki əməkdaşlıq və ortaq əməliyyat imkanlarının artırılması məqsədi daşıdığı vurğulanıb.

 

TRT HABER
Səftərova Səmayə