Putindən Ukrayna üçün müvəqqəti hökumət təklifi!

Bölmə: Dünya › ,
Tarix: 15:40 28.03.2025

Rusiya Prezidenti Vladimir Putin, Ukraynada demokratik seçkilərin keçirilməsi və müharibənin dayandırılması üçün müvəqqəti hökumətin yaradılmasını təklif edib.

 

Putin, Rusiyanın Murmansk şəhərində limanda təşkil olunan tədbirdə çıxış edib.

 

Ukraynadakı müharibəni Rusiyanın başlatmadığını iddia edən Putin, "Münaqişə Ukraynada Qərb ölkələrinin dəstəklədiyi 2014-cü il çevrilişi ilə başladı",- deyə bildirib.

 

Putin, Ukrayna ilə danışıqların aparılması üçün legitim bir hökumətin olması lazım gəldiyini vurğulayaraq, "Prinsipcə, Ukrayna da Birləşmiş Millətlər Təşkilatı (BMT), ABŞ, Avropa ölkələri və tərəfdaşlarımızın himayəsi altında müvəqqəti hökumət qurula bilər",- deyə qeyd edib.

 

O, belə bir hökumətlə Ukraynada xalqın dəstəklədiyi bir rəhbərliyin hakimiyyətə gələ biləcəyini bildirərək, "Bu yolla demokratik seçkilər keçirib xalqın etimadını qazanan, bacarıqlı və etibarlı bir hökuməti hakimiyyətə gətirmək, daha sonra isə onlarla sülh müqaviləsi üzrə danışıqlara başlamaq olar",- deyə əlavə edib.

 

Putin, BMT-nin daha əvvəl Yuqoslaviya və Papua Yeni Qvineyada oxşar proseslər həyata keçirdiyini vurğulayaraq, "Bu da Ukrayna üçün mümkün variantlardan biri ola bilər. Beləliklə, beynəlxalq səviyyədə tanınacaq və etibarlı olacaq legitim sənədlərin imzalanması mümkün olacaqdır",- deyə bildirib.

 

Putin, ABŞ-nin keçmiş prezidenti Donald Trampın münaqişəni səmimi şəkildə dayandırmaq istədiyini də sözlərinə əlavə edib.

 

Mənbə: Haber global

Aytən Ağazadə