Mask Trampın Ukrayna ilə bağlı planını dəstəkləyir

Bölmə: Dünya › ,
Tarix: 15:48 28.03.2025

Milyarder Elon Mask əmindir ki, Ukrayna böhranı sülh razılaşması ilə bitəcək.

Bu barədə Fox News məlumat verib və Maskın telekanala verdiyi müsahibəyə istinad edib.

 

“Düşünürəm ki, sülh razılaşması əldə ediləcək. Rusiya ilə razılaşmaq istəməyən insanlar buna heç bir alternativ təklif etmir”, – deyə Mask bildirib.

 

Mask əmindir ki, ABŞ Prezidenti Donald Trampın səyləri nəticə verəcək.

 

“Prezidentin planı – yeganə işləyəcək həll yolu olacaq”, – deyə milyarder qeyd edib.

 

Mənbə: Caliber

Aytən Ağazadə