Myanmada güclü zəlzələdən sonra fövqəladə vəziyyət elan edilib

Bölmə: Dünya › ,
Tarix: 15:51 28.03.2025

 

ABŞ Geoloji Xidmətinin (USGS) məlumatına görə, Myanmanın mərkəzində 7,7 bal gücündə zəlzələ baş verib.

 

Zəlzələnin episentri Saqainq şəhərindən 16 km (10 mil) şimal-qərbdə, 10 km dərinlikdə olub və güclü təkanlar Çinin cənub-qərbinə və Taylanda qədər hiss olunub.

 

Banqkokda yüzlərlə mil aralıda tikintisi başa çatmamış hündürmərtəbəli binanın uçması nəticəsində azı 70 inşaat işçisi itkin düşüb.

 

Myanmanın ikinci ən böyük şəhəri olan Mandalayda bir xilasedici BBC-yə deyib ki, dəyən ziyan “böyük” və həlak olanların sayı “ən azı yüzlərlədir”.

 

Zəlzələ 1,5 milyona yaxın əhalisi olan Mandalay yaxınlığında baş verib.

 

İkinci zəlzələ birincidən 12 dəqiqə sonra, USGS-in məlumatına görə, 6,4 bal gücündə və episentri Saqainqdən 18 km (11,1 mil) cənubda olub.

 

Myanmanın ən böyük şəhəri Yanqonda yaşayan Soe Lvin ilk zəlzələni "uzun müddət" hiss etdiyini söyləyib və əlavə edib ki, sakinlər daha çox yeraltı təkanların ola biləcəyi potensialından narahatdırlar.

 

BBC

Nəzrin Məmmədova