Rusiya və Ukrayna atəşkəslə bağlı razılığa gəliblər

Tarix: 15:50 28.03.2025
Rusiya və Ukrayna, Səudiyyə Ərəbistanında üç günlük sülh danışıqlarından sonra ABŞ-lə ayrı-ayrı razılaşmalar əsasında Qara dənizdə atəşkəs haqqında razılığa gəliblər.
Ağ Ev bildirib ki, Rusiya və Ukrayna Qara dənizdə ticarət gəmilərinin təhlükəsiz keçməsini təmin etmək və hərbi hücumları dayandırmaq barədə razılığa gəliblər.
Vaşinqton əsas ticarət yolunu yenidən açacaq razılaşmaları elan edən bəyanatlarda bütün tərəflərin “davamlı sülh” üçün işləməyə davam edəcəyini bildirib.
Mənbə: BBC News Türkçe
Zəhra Möhübbətova