Seriyasının ikinci ən dəyərli oyunçusu

Bölmə: İdman › ,
Tarix: 15:51 28.03.2025

Football Observatory CIES İtaliya A Seriyasının ən dəyərli 10 oyunçusunu açıqladı.

 

Kənan Yıldızın dəyəri heyrətləndiricidir. CIES adlı Beynəlxalq Futbol Rəsədxanası İtaliya A Seriyasının ən dəyərli 10 futbolçusunu müxtəlif meyarlar əsasında müəyyənləşdirib.

 

Ademola Lookmanın yer almadığı siyahıda 108,3 milyon avro dəyərində "İnter"in argentinalı hücumçusu Lautaro Martinez qərarlaşıb. Siyahıda ən böyük sürpriz Kənan Yıldız olub. 19 yaşlı milli futbolçumuzu 90,4 milyon avroya dəyərləndirən CIES, Kənanı 2-ci yerdə qərarlaşdırıb.

 

CIES-in müəyyən etdiyi rəqəm Yuventusun Kənanı istəyənlərdən tələb etdiyi məbləğlə üst-üstə düşür. Siyahıda üçüncü yeri "İnter"in digər futbolçusu Markus Tyuram tutub.

 

Fransız futbolçunun dəyəri 85 milyon avro olaraq müəyyənləşib. Siyahının qalan hissəsinə "Milan"dan Tijjani Reijnders, "İnter"dən Alessandro Bastoni, "İnter"dən Nikolo Barella, "Atalanta"dan Mateo Retegui, "Atalanta"dan Şarl de Ketelaere, "Bolonya"dan Santiaqo Kastro və "Milan"dan Rafael Leao daxildir.

 

Mənbə: Haber Global

Çimnaz Telmanqızı