Almaniya, Rusiya Prezidenti Putini danışıqlar masasına oturmağa çağırıb

Bölmə: Dünya › ,
Tarix: 17:28 15.05.2025

Almaniyanın Xarici İşlər naziri Yohann Vadeful Rusiya Prezidenti Vladimir Putini mövqeyinə yenidən baxaraq İstanbulda Ukrayna ilə keçiriləcək danışıqlarda iştirak etməyə çağırıb.

 

Vadeful, Antalyada təşkil olunan NATO-nun qeyri-rəsmi Xarici İşlər Nazirləri iclasında jurnalistlərə verdiyi açıqlamada ABŞ Dövlət Katibi Marko Rubio ilə görüşdüyünü və yalnız NATO ilə bağlı deyil.Dünya siyasətinə dair bir çox mühüm məsələlərdə də demək olar ki, tam bir razılıq içində olduqlarını bildirib.

 

Bunun sevindirici hal olduğunu vurğulayan Vadeful deyib: “Bu vəziyyətdə sadəcə Rusiya Prezidenti Putin öz əlindəki kartları həddindən artıq zorladığını anlamalıdır. Dünya ondan danışıqlar masasına gəlmək çağırışına cavab verməsini gözləyir”.

 

Vadeful, Ukraynanın danışıqlara hazır olmasını məmnuniyyətlə qarşıladığını qeyd edərək, “Ukrayna Prezidenti Volodimir Zelenski həm ölkəsində, həm də Türkiyədə danışıqlara hazırdır. Hazırda boş qalan yeganə yer Rusiya tərəfinin yeridir,” – deyə bildirib.

 

 

TRT Xəbər

Nuray Əliyeva