ABŞ dövlət katibi Rubiodan İmamoğlu ilə bağlı açıqlama

Bölmə: Dünya › ,
Tarix: 15:58 28.03.2025

Türkiyənin xarici işlər naziri Hakan Fidan çərşənbə axşamı, martın 25-də Vaşinqtonda ABŞ Dövlət Departamentinin binasında ABŞ dövlət katibi Marko Rubio ilə görüşüb.



Məlumat verilib ki, görüş zamanı ikitərəfli və regional məsələlər müzakirə olunub. ABŞ dövlət katibi Marko Rubio görüşlə bağlı mühüm qiymətləndirmələr edib.

 

“ABŞ fikir bildirməyəcək”

 

Rubio, İstanbul Büyükşehir Belediyesinin keçmiş sədri Ekrem İmamoğlunun həbsi ilə bağlı deyib:
“Türkiyənin öz daxili siyasi qiymətləndirmələri var və Vaşinqton onların hər biri ilə bağlı fikir bildirməyəcək".

 

“Türkiyə ilə əməkdaşlıq etmək istəyirik”

 

Amerikalı diplomat əlavə edib ki, ABŞ Prezidenti Donald Trampın Prezident Rəcəb Tayyib Ərdoğanla ilk prezidentlik dövründə “çox yaxşı iş münasibəti” olub və Vaşinqton buna yenidən başlamaq və bir sıra məsələlərdə əməkdaşlıq etmək istəyir.

 

Mənbə: a haber
Nərmin Həşimova