Rosenberg: Putin Trampın Qrenlandiyanı ələ keçirmək planlarını təsdiqləyib

Bölmə: Dünya › ,
Tarix: 18:41 28.03.2025

 

Arktika Dairəsinin şimalındakı ən böyük şəhər olan Murmanskda çıxış edən prezident Vladimir Putin “Rusiyanın Arktikada qlobal liderliyini gücləndirəcəyinə” söz verib və “regionda geosiyasi rəqabətin” gücləndiyi barədə xəbərdarlıq edib. Onun verdiyi ilk misal Donald Trampın Qrenlandiyanı almaq fikri idi. Bununla belə, Kreml rəhbəri tərəfindən amerikalı həmkarına qarşı heç bir tənqid olmayıb. 

 

Ağ Ev və Kreml münasibətləri bərpa etməyə çalışarkən bu məntiqlidir. Putin Murmanskda keçirilən Rusiya Arktika Forumunda etdiyi çıxışında “Bir sözlə, Amerikanın Qrenlandiya ilə bağlı planları ciddidir”,- deyib. "Bu planların dərin tarixi kökləri var. Və aydındır ki, ABŞ Arktikada öz geo-strateji, hərbi-siyasi və iqtisadi maraqlarını sistemli şəkildə həyata keçirməyə davam edəcək. Qrenlandiyaya gəlincə, bu, iki özəl ölkəni maraqlandıran məsələdir. Bunun bizimlə heç bir əlaqəsi yoxdur". Bunu suveren qonşu ölkəyə genişmiqyaslı işğala başlayan və Ukraynanın böyük bir hissəsini ilhaq etdiyini iddia edən prezident deyib. Co Bayden Ağ Evdə olarkən Moskva və Vaşinqton bir-birini açıq şəkildə tənqid edirdilər. Hər şey necə dəyişib.

 

BBC News 

Asiman Vəliyeva