Türkiyənin Səhiyyə Direktoru vətəndaşlara xəbərdarlıq edib

Bölmə: Dünya › ,
Tarix: 18:53 28.03.2025

 

 

"Ölkəmizdə təbii mühitdə göbələklər yetişir və vətəndaşlar bu göbələklərə böyük tələbat duyur. Göbələklərdən zəhərlənmələr xüsusilə yaz və payız aylarında, bol yağış yağan zaman müşahidə olunur. Göbələyin zəhərli olub-olmadığını ətinin rəngindən, qoxusundan və dadından anlamaq olur".

 

Zəhərlənmə əlamətlərinin 2 və 6 saat ərzində ortaya çıxa biləcəyini bildirən Yasin Yılmaz, " Göbələk yedikdən sonra 2 saat ərzində başgicəllənmə, yuxululuq, ürəkbulanma, qusma, tərləmə, bəzi göbələklər yeyildikdən 6 saat sonra isə ishal, qızdırma, ürək döyüntüsü, qarın ağrısı kimi əlamətlər özünü göstərir. Vətəndaşlarımız heç vaxt təbiətdə bitən göbələklərdən istifadə etmək yerinə, kultivasiya olunmuş göbələklərə üstünlük verməlidir".

 

CNN Türk

İlahə Həsənova