Kreml: Putinin Ukrayna ilə bağlı xarici idarəetmə planının detalları hələ müzakirə edilmir

Bölmə: Dünya › ,
Tarix: 19:00 28.03.2025

 

 

Kremlin sözçüsü Dmitri Peskov bildirib ki, Rusiya Prezidenti Vladimir Putinin Ukraynada xarici idarəetmə ideyası hazırda sırf hipotetik xarakter daşıyır və onun təfərrüatlarını müzakirə etmək üçün tezdir.

 

"Prezident vurğulayıb ki, bu, sadəcə bir fikirdir və nəzərə alınmalıdır. Onun detalları ilə bağlı isə hələlik ətraflı açıqlama verilməyib. Bu mövzu üzərində müzakirələr aparmaq üçün hələ tezdir", – deyə Peskov jurnalistlərə bildirib.

 

Daha əvvəl Putin xarici idarəetmə mexanizminin daha əvvəl qlobal miqyasda tətbiq edildiyini və bu təcrübənin Ukrayna münaqişəsinin həlli üçün legitim danışıqlara yol aça biləcəyini qeyd edib. O, Şərqi Timor, Yeni Qvineya və keçmiş Yuqoslaviyanın bəzi bölgələrində BMT-nin himayəsi altında bu üsuldan istifadə edildiyini xatırladıb.

 

Rusiya liderinin sözlərinə görə, bu plan ABŞ, Avropa ölkələri, Rusiyanın müttəfiqləri və digər dost dövlətlərlə müzakirə oluna bilər.

 

TASS

Güllər Gülhüseynova