Avstraliyada hava şousu zamanı təyyarə qəzaya uğrayıb, pilot ağır yaralanıb

Bölmə: Dünya › ,
Tarix: 19:03 28.03.2025

 

Cümə günü Avstraliyanın cənub-şərqində keçirilən hava şousu zamanı aerobatik manevrlər icra edən təyyarənin qəzaya uğraması nəticəsində bir pilot ağır yaralanıb.

 

7NEWS-in məlumatına görə, Sky Aces Formation Aerobatic Team-a məxsus tək oturacaqlı iki qanadlı təyyarə Avalon Airshow-da, Viktoriya ştatının Geelong şəhəri yaxınlığında idarəetməni itirərək asfalt üzərinə çırpılıb. Hadisə şouya havadan baxan tamaşaçıların gözü qarşısında baş verib.

 

Pilot dərhal xəstəxanaya çatdırılıb və vəziyyətinin ağır, lakin stabil olduğu bildirilib. Qəzanın görüntüləri sosial şəbəkələrdə geniş yayılıb.

 

Hava şousunun təşkilatçılarından olan Paul Bennet Airshows şirkəti Facebook səhifəsində hadisəni təsdiqləyərək, pilotun tibbi yardım aldığını bildirib: "Fikirlərimiz onun ailəsi ilədir və biz tez müdaxilə edən təcili yardım xidmətlərinə minnətdarıq".

 

ANEWZ

Güllər Gülhüseynova