İBB-yə qarşı aparılan "terror" istintaqında saxlanılan Ebru Özdemir həbs olundu

Bölmə: Dünya › ,
Tarix: 20:50 28.03.2025

İstanbul Böyükşəhər Bələdiyyəsini (İBB) hədəf alan "terror" istintaqı çərçivəsində saxlanılan şübhəli Şişli Bələdiyyə sədrinin müavini Ebru Özdemir "terror təşkilatına yardım etmək" ittihamı ilə həbs edilib.

 

İstanbul Baş Prokurorluğunun “korrupsiya” istintaqı çərçivəsində həbs edildikdən sonra İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri vəzifəsindən uzaqlaşdırılan Əkrəm İmamoğlu, İstanbul Böyükşəhər Bələdiyyəsinin baş katibinin müavini Mahir Polat, Şişli Bələdiyyə sədri vəzifəsindən uzaqlaşdırılan Rəsul Emrah Şahanın da aralarında olan 7 şübhəli haqqında “PKK/KCK terror təşkilatına yardım etmək” ittihamı haqda başladılan istintaq davam edir. 

 

İstintaq çərçivəsində Özdemir barəsində həbs qərarı çıxarıldıqdan sonra o, Çağlayandakı İstanbul Ədliyyəsinə təslim olub və daha sonra nəzarətə götürülüb. Prokurorluqda proses başa çatıb.

 

Özdemirin prokurorluqda ifadəsi alındıqdan sonra “terror təşkilatına yardım” ittihamı ilə həbs olunması tələbi ilə Sülh Məhkəməsinə sövq edilib.

 

Hakimlik şübhəli Özdəmirin həbsinə qərar verib.

 

3 nəfər həbs edilib, İstanbul Baş Prokurorluğunun İstanbul Böyükşəhər Bələdiyyəsinə qarşı başlatdığı terror istintaqı çərçivəsində Əkrəm İmamoğlu sərbəst buraxılıb, Mahir Polat və Rəsul Emrah Şahan, İslahat İnstitutunun direktoru Mehmet Əli Çalışkan həbs edilib.

 

İstintaq çərçivəsində İstanbul Sülh Cəza Məhkəməsi Ebru Özdemir, Azad Barış və Hunav Altun barəsində həbs qərarı çıxarıb.

 

Mənbə: TRT Haber

Fatimə Şahverdiyeva