Quterreş, Putinin Ukraynada "müvəqqəti idarəetmə" təklifinə qarşı çıxdı

Tarix: 20:54 28.03.2025
Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi Antonio Quterreş, Rusiya Prezidenti Vladimir Putinin Ukraynada "müvəqqəti idarəetmə" təklifindən sonra belə bir bəyanat verib: "Ukraynanın legitim hökuməti var və ona hörmət edilməlidir".
BMT Baş katibi Antonio Quterreş, BMT-də bu mövzu ilə bağlı mətbuata açıqlama verib.
BMT-nin Rusiya-Ukrayna atəşkəsi ilə bağlı ABŞ-lə müəyyən təmaslarının olduğunu bildirən Quterreş, BMT-nin danışıqlara birbaşa daxil olmadığını vurğulayıb.
Putin, Ukrayna ilə danışıqların aparılması üçün legitim bir hökumətin mövcud olması lazım olduğunu bildirərək, "Prinsipcə, Ukraynada BMT, ABŞ, Avropa ölkələri və tərəfdaşlarımızın himayəsi altında müvəqqəti bir idarəetmə qurula bilər",- təklifini irəli sürdü.
Mənbə: TRT Haber
Nigar Həsənzadə