"Rusiya bir NATO ölkəsinə hücum edə bilər"

Bölmə: Dünya › ,
Tarix: 22:18 28.03.2025

Almaniya kəşfiyyatı və ordusu Rusiyanın bir NATO ölkəsinə hücum edə biləcəyini iddia edib.

 

Qərbi Almaniya Radio və Televiziya Qurumu, Şimali Almaniya Radio və Televiziya Qurumu və "Süddeutsche Zeitung" qəzetinin birgə hazırladığı xəbərdə Almaniya Xarici Kəşfiyyat Xidməti və Almaniya Silahlı Qüvvələrinin hazırladığı vəziyyət qiymətləndirmə analizinə yer verilib.

 

Analizdə Rusiyanın Avropa sülhü üçün davamlı bir təhdid olduğu və bir NATO ölkəsinə hücum edə biləcəyi irəli sürülüb.

 

Hesabatda Rusiyanın özünü Qərblə sistemli bir münaqişə içində gördüyü və imperialist hədəflərini hərbi güc yolu ilə həyata keçirməyə hazır olduğu iddia edilib.

 

Analizdə Rusiyanın silahlı qüvvələrinin bir müddətdir Ukraynada güclü mövqedə hərəkət etdiyi, kompromisə meyilli olduğuna dair heç bir əlamət göstərmədiyi və müharibəni davam etdirmək istədiyi vurğulanıb.

 

Mənbə: TRT Haber

Nigar Həsənzadə